Xəbər lenti

Rauf Mirqədirov Avropa Məhkəməsindən cavab gözləyir
Siyasət11:05 01.10.2014

Rauf Mirqədirov Avropa Məhkəməsindən cavab gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

MTN-in istintaq təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirova baş çəkən vəkil Elmar Süleymanov “Media forum” saytına danışıb. 

Elmar Süleymanov Mirqədirovla sentyabrın 29-da görüşdüyünü deyib: “Səhhəti, saxlanma şəraiti normaldır. Raufa yaxınları ilə görüşmək və telefonla danışmaq yasağı qoyulduğundan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermişik, cavab gözləyirik”.

İstintaqın gedişinə gəlincə, vəkil onlara bu haqda hər hansı məlumat verilmədiyini vurğulayıb.

Mirqədirov bu il aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakı aeroportunda həbs edilib. Ona dövlətə xəyanət, Ermənistanın xüsusi xidmət orqanlarına işləmək ittihamı irəli sürülüb. Jurnalist ittihamı rədd edir, siyasi motivli sayır.

Qaynar.info