Xəbər lenti

Rauf Mirqədirov ifadə verməyə razılaşdı
Siyasət15:36 03.06.2014

Rauf Mirqədirov ifadə verməyə razılaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Rauf Mirqədirovla dünən görüşdüm. Hər şey normaldır”. 

Bunu modern.az-a açıqlamasında jurnalistin vəkili Fuad Ağayev bildirib. “Hər dəfə görüşdə istintaqın gedişi ilə bağlı söhbət edirik. Müstəntiqlər bizə hesabat vermir ki, biz də bütün açıqlamaları mətbuata verək. Rauf Mirqədirovun azadlığa çıxması ilə bağlı məlumat olan kimi özüm açıqlama verəcəyəm. Yalnız onu deyə bilərəm ki, bu yaxınlarda Rauf Mirqədirov ifadə verəcək”.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub. Həbs olunduğu gündən o, ifadə verməkdən imtina edib.

Qaynar.info