Xəbər lenti

"Raufun vurduğu qoldan sonra..." - Roberto Bordin
İdman19:26 01.08.2019

"Raufun vurduğu qoldan sonra..." - Roberto Bordin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dünənki mətbuat konfransında dediyim kimi, bizi çətin rəqib gözləyirdi. Bunu da ilk dəqiqələrdən gördük”.
Qaynarinfo Matc.az saytının məlumatına görə, bunu "Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.
Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal”ını səfərdə 1:0 hesabı ilə məğlub edən "flaqman” evdə daha böyük fərqlə qalib gələrək (3:0), mübarizəni davam etdirib. "Ağ-qaralar” bununla növbəti mərhələdə İsrail təmsilçisi "Bney Yehuda”ya rəqib olub.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Bordin fikrini bu sözlərlə davam etdirib: "Rəqib bizə çətinliklər yaratdı. İlk dəqiqələrdən irəli atılacaqları, risk edəcəkləri gözlənilirdi. Rəqibin təzyiqinə baxmayaraq, futbolçularım buna düzgün reaksiya göstərdi. Raufun vurduğu qoldan sonra isə hər şey bizim xeyrimizə cərəyan etdi”.