Xəbər lenti

REAL-çıdan deputatın üzr istəməsinə reaksiya: “Arxasında dura bilməyəcəksənsə...”
Siyasət11:05 23.11.2021

REAL-çıdan deputatın üzr istəməsinə reaksiya: “Arxasında dura bilməyəcəksənsə...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əgər dediyin sözün arxasında dura bilməyəcəksənsə, o sözü, ümumiyyətlə, deməməlisən”.
Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının sədr müavini Natiq Cəfərli deputat Tahir Kərimlinin Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəməsinə aydınlıq gətirərkən deyib. Partiya rəsmisi hesab edir ki, parlamentdə təmsil olunan siyasi partiya liderinin müxtəlif məsələlərlə bağlı daha dayanıqlı, bilgili çıxışlar etməsi və bu çıxışların araxasında durması daha vacibdir:
 
"Çünki hər bir siyasətçi dediyi hər bir sözün məsuliyyətini hiss etməlidir. Ona görə də Tahir Kərimlinin çıxışına uzun-uzadı geniş bir şərh verməkdənsə siyasətdə daha çox peşəkarların olması, edilən hər bir bəyanatın, səsləndirilən hər bir fikrin arxasında durmaq bacarığı siyasətçini digərlərindən fərqləndirə biləcək əsas məsələdir. Əgər bunlar yoxdursa, siyasətci dönüb kənardan özünə baxmalı və öz hərəkətlərinə, çıxışlarına diqqət yetirməlidir. Əgər arxasında dura bilməyəcəyin bir bəyanat varsa, onu niyə səsləndirirsən?”.
Qeyd edək ki, deputat Tahir Kərimli Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib. T. Kərimli "İndiki dövrdə mənzil məsələsini qoymağım düzgün deyildi. Ona görə dönə-dönə Milli Məclis sədrindən və xalqdan üzr istəyirəm. Hesab edirəm ki, cəzamız qınaqlarla verilib", - deyə bildirib.
Bahar Rüstəmli