Xəbər lenti

REAL-dan Erkin Qədirliyə ad günü "hədiyyəsi"
Siyasət11:49 13.05.2014

REAL-dan Erkin Qədirliyə ad günü "hədiyyəsi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Respublikaçı Alternativ (REAL) Hərəkatının Məclis başqanlığından uzaqlaşdırlan Erkin Qədirlinin doğum günüdür.

Qaynar.info-nun məlumatına görə, Erkin Qədirli 13 may 1972-ci ildə Gəncədə anadan olub.

1994-2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültələrində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlar üçün, həmçinin çeşidli milli və beynəlxalq layihələrdə və işçi qruplarda ekspert kimi fəaliyyət göstərib.

1998-ci ildə (15 iyun - 17 iyul) Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada (İtalia) keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub.

1999-cu ildə Max-Planck İnstitutu (Almaniya) tərəfindən nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" ("Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi") kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) ictimai birliyin həmtəsisçisidir.

Evlidir.

Xatırladaq ki, REAL Hərəkatı Erkin Qədirlinin Məclis başqanlığı vəzifəsindən uzaqlaşdırılması qərarını mayın 12-də versə də, mətbuata bu haqda məlumat məhz Erkin Qədirlinin doğum günü verilib. 

Qaynar.info