REAL Hərəkatının bu ilin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizəd olacaq üzvlərinin siyahısı açıqlanıb.
Arqument.az xəbər verir ki, hərəkatın icra katibi Natiq Cəfərli keçirdikləri mətbuat konfransında deyib ki, seçkilərdə REAL dəstəklədiyi namizədlərlə birlikdə 23 namizəd irəli sürüləcək: "Bunlardan 17-si hərəkatdan, 6-sı isə digər təşkilatlarda təmsil olunan və müstəqil şəxslərdir”
Belə ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Real-ın icra katibi Natiq Cəfərəlinin, 16 saylı Yasamal İkinci seçki dairəsindən hərəkatın idarə heyətinin üzvü Erkin Qədirlinin, 24 saylı Nizami Birinci Seçki Dairəsindən hüquqşunas Xalid Bağırov, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının namizədliyi irəli sürülüb.
Bundan əlavə, REAL "D-18” Hərəkatının sədri Ruslan İzzətlinin 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini dəstələyəcək. Hərəkat NİDA Vətəndaş Hərəkatının bir neçə üzvünün deputatlığa namizədliyinə dəstək verəcək.
Natiq Cəfərli bildirib ki, müraciət edənlər çoxdur, yaxın bir neçə gündə daha bir neçə namizədin adı açıqlanacaq.
Qeyd edək ki, həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun deputatlığa namizədliyi irəli sürülməyib.
Arqument.Az REAL-ın siyahısını təqdim edir:
- Natiq Cəfərli, REAL İcra Katibi, iqtisadçı - 12 Saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi
-Erkin Qədirli, REAL İH üzvü, hüquqşünas - 16 Saylı Yasamal İkinci Seçki Dairəsi
-Xalid Bağırov, REAL İH üzvü, hüquqşünas, vəkil - 24 Saylı Nizami Birinci Seçki Dairəsi
-Azər Qasımlı, REAL İH üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru - 23 Saylı Nəsimi-Səbail Seçki Dairəsi
-Zöhrab İsmayıl, REAL İH üzvü, iqtisadçı - 8 Saylı Binəqədi Birinci Seçki Dairəsi
-Cəsur Məmmədov, REAL İH üzvü, siyasi elmlər magistrı - 27 Saylı Sabunçu İkinci Seçki Dairəsi
-Vəfa Rüstəm, hüquqşünas - 15 Saylı Yasamal Birinci Seçki Dairəsi
-Mübariz Rəhimli, siyasi elmlər magistrı – 19 Saylı Nərimanov Birinci Seçki Dairəsi
-Şadiman İsmayılov, IT mütəxəssisi – 14 Saylı Xəzər Seçki Dairəsi
-Hafiz Babalı, iqtisadçı – 42 Saylı Sumqayıt İkinci Seçki Dairəsi
-Ramil Süleymanov, hüquqşünas – 41 Saylı Sumqayıt Birinci Seçki Dairəsi
-Kənan Məkanlı, iqtisadi elmlər magistrı - 43 Saylı Sumqayıt Üçüncü Seçki Dairəsi
-Rafiq Muradov, politoloq – 107 Saylı Qazax Seçki Dairəsi
-Hacıbaba Bayramov, iqtisadi elmlər magistrı – 52 Saylı Quba Seçki Dairəsi
-Azay Vəlixanov, iş adamı – 56 Saylı Xaçmaz Kənd Seçki Dairəsi
-Əlayif Həsənov, hüquqşünas, vəkil – 92 Saylı Zərdab-Ucar Seçki Dairəsi
-Mikayıl Talıbov, müəllim – 77 Saylı Astara Seçki Dairəsi
Respublikaçı Alternativ Hərəkatının dəstəklədiyi namizədlər:
-Ruslan İzzətli, D18 Hərəkatının Sədri – 33 Saylı Xətai Birinci Seçki Dairəsi
-Ülvi Həsənli, NİDA Vətəndaş Hərəkatının İH üzvü– 9 Saylı Binəqədi İkinci Seçki Dairəsi
-Ramin Hüseynov, NİDA Vətəndaş Hərəkatının İH üzvü– 18 Saylı Nərimanov-Nizami Seçki Dairəsi
-Elgiz Qəhrəman, NİDA Vətəndaş Hərəkatının üzvü – 29 Saylı Səbail Seçki Dairəsi
-Nicat Əmiraslanov, NİDA Vətəndaş Hərəkatının üzvü – 106 Saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi
-Məzahir Şahvələdov, hüquqşünas – 86 Saylı İsmayıllı Seçki Dairəsi
Qaynar.info