REAL Dairə Seçki Komissiyalarında təmsil olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə REAL sədri İlqar Məmmədov məlumat verib. Onun sözlərinə görə, partiyanın 37-i üzvü DSK-na təqdim olunacaq:
"Respublikaçı Alternativ Partiyası özünün daha bir vacib nailiyyətinin rəsmi təsdiqini alıb. Bildiyiniz kimi, martın 1-də Mərkəzi Seçki Komissiyasına məktub göndərmişdik. Dairə Seçki Komissiyalarının 37 üzvünün REAL-ın təqdimatı ilə vəzifəyə təsdiqlənməli olduğunu bildirmişdik. MSK katibi Mikayıl Rəhimovdan aldığım cavab məktubunda bu hüquqi mövqeyimizin doğru olduğu göstərilir. REAL Dairə Seçki Komissiyalarına 37 üzv təqdim edəcək”.
Bahar Rüstəmli