"Görünən odur ki, indiki şəraitdə REAL-ın MSK təmsilçiliyi hökuməti narahat edir və bundan imtina elədilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında PREAL Partiyasının İcra Aparatının rəhbəri Natiq Cəfərli deyib. Onun sözlərinə görə, REAL qanunvericiliyin bütün tələblərindən istifadə edərək hüquqi çərçivədə hər addımı atıb:
"Təmsilçilik üçün müraciət etdik. İmtina aldıq. Bugünkü səsvermədə REAL-ın təmsilçisi Erkin Qədirli MSK-ın tərkibinin əleyhinə səs verdi. Tərkib dəyişmədi, elə köhnə qaydada davam elədilər. Bu günə kimi keçirilən seçkilərin problemli olduğunu nəzərə alaraq, bu tərkibin qalması ölkənin gələcəyi nöqteyi-nəzərindən doğru deyil. Bizim atacağımız addımların həm siyasi, həm də hüquqi ardıcıllığı olacaq. Ölkədə seçki islahatları ilə bağlı məsələlərin daima gündəmə gətiilməsi üçün həm hüquqi, həm də siyasi addımlar atacağıq”.
Natiq Cəfərli qarşıdakı ildə REAL-ın həm hüquqi, həm siyasi addımların ardıcıl atılmasına və bu məsələlərin gündəmdə qalmasına çalışacağını bildirib:
"Bu məsələ yaxın bir ildə ən vacib məsələ olmalıdır. Ölkə gündəminin bir nömrəli problem və müzakirəsi olmalıdır. Rəsmi qaydada 2024-cü ildə bələdiyyə, 2025-də parlament və prezident seçkiləri olacaq. Ola bilər ki, ya prezident, ya da parlament seçkilərindən biri bir az tez keçirilsin. Eyni ildə bir-birinin ardınca iki böyük seçkinin keçiriləcəyini düşünmürəm”.
Bahar Rüstəmli