
"Respublikaçı Alternativ Hərəkatına referendum təşviqat qrupunu yaratmaq üçün bildiriş vərəqələri verilməyib"
Qaynarinfo.Az xəbər verir ki, məlumatı REAL İdarə Heyətinin üzvü Erkin Qədirli yayıb.

Erkin Qədirlini bildirib ki,bu gün səhər Mərkəzi Seçki Komissiyasına REAl-ın referendum təşviqat qrupunu yaratmaq üçün bildiriş vərəqələrini götürməyə gediblər:"Orada günortadan sonra gəlməyimizi xahiş etdilər. Günortadan sonra getdik, MSK-da dedilər ki, bildirişləri Dairə Seçki Komissiyalarına paylablar. Getdik bir neçə DSK-ya. Bəzilərində vərəqələri hələ almadıqlarını deyilər. Digərlərindəsə, vərəqələri bizə verməkdən imtina etdilər, heç bir ağlabatan əsas da gətirmədilər.
Həftəsonu günləri işləyəcəyinə dair da nəsə demədilər. Vərəqələri saytlarına da yerləşdirməyiblər. Bir sözlə, belə anladıq ki, işi uzadırlar ki, imza toplamağa vaxt az qalsın.Qanuni müddət artıq başlayıb, amma biz işimizə başlaya bilmirik. Şikayət verməli olacağıq".
Qaynarinfo.Az