
İspaniyanın "Real Madrid" klubu maaşların azaldılması ilə bağlı futbolçularıyla razılığa gəlib.
Qaynarinfo xəbər verir ki, komanda rəhbərliyi buna səbəb kimi koronavirus pandemiyası üzündən gəlirlərin azalmasını göstərib.
Razılığa əsasən, oyunçuların məvacibi 10 faiz azalacaq. Bundan əlavə, Madrid klubu qış transfer dönəmində yeni futbolçu da almayacaq.
Xatırladaq ki, "Real Madrid" 16 turdan sonra 33 xalla 2-ci pillədə qərarlaşıb.