Xəbər lenti

"Real" Mbappeni nə vaxt transfer edəcək? - Tarix açıqlandı
İdman12:05 26.06.2023

"Real" Mbappeni nə vaxt transfer edəcək? - Tarix açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Real Madrid" 2024-cü ildə PSJ-nin ulduzu Kilian Mbappeni pulsuz transfer etməyə hazırdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Marca” məlumat yayıb.
Madridlilər fransalı ulduzun ətrafında vəziyyətin inkişafını müşahidə edirlər. Karlo Ançelotti komandanın yeni hücumçuya ehtiyacı olduğunu düşünür. Bununla yanaşı, məşqçi rəhbərliyə təzyiq göstərmir və Mbappenin bu yay müqavilə imzalamasını tələb etmir.
"Real Madrid" rəhbərliyi hesab edir ki, bu yay fransızla müqavilə bağlamağa ehtiyac yoxdur. Klub Mbappenin transferi ilə bağlı söhbətlərdən narahatdır. "Real Madrid" hücumçunun transferi üzərində işə yalnız 2024-cü ilin yanvarında başlayacaq, o zaman onun PSJ ilə müqaviləsinin müddəti bitdiyinə görə oyunçu digər klublarla danışıqlar apara biləcək.
Aydın