Xəbər lenti

REAL Milli Şuranın mitinqinə qatılacaqmı? - AÇIQLAMA
Siyasət10:47 10.12.2013

REAL Milli Şuranın mitinqinə qatılacaqmı? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"15 dekabr mitinqi bizim gündəliyimizdə yoxdur".

Bunu Qaynar.info-ya açıqlamasında REAL Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı deyib. 

O bildirib ki, bu məsələ REAL-ın İdarə Heyətində müzakirə olunmayıb: "Əfsuslar olsun ki, gündəliyimizdə belə bir məsələ yoxdur. Ola bilsin ki, bunu müzakirə edək. Amma indidən bu haqda bir söz deməyi doğru hesab etmirəm. Çünki idarə heyətinin digər üzvülərinin bu məsələ haqda fikirlərini bilmirəm. İdarə heyəti olaraq həftədən bir dəfə toplanır, gündəmdə olan məsələrə münasibət bildiririk. Ola bilər bu məsələni də o zaman müzakirə etdik".

Azər Qasımlı həmçinin qeyd edib ki, hərəkat üzvləri hansısa bir aksiyaya getmək istəsələr, onların iştirakına heç bir qadağa olmayacaq: "Amma bu REAL Hərəkatının orda iştirakı anlamına gəlməsin. Mövqelərini ifadə etməkdə tam sərbəstdirlər".

Qeyd edək ki, Milli Şura dekabrın 15-də mitinq keçirmək üçün Bakı şəhər icra Hakimiyyətinə müraciət ünvanlayıb.

Elkin Xəlilov
Qaynar.info