Xəbər lenti

REAL  mitinqdə iştirak etməyəcək
Ölkə15:52 05.03.2018

REAL mitinqdə iştirak etməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
REAL hərəkatı Milli Şuranın sədri Cəmil Həsənlinin mitinqlərdə birgə iştirakla bağlı çağırışına cavab verib.
REAL-ın yaydığı məlumata görə, təşkilat Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək: 
"Mitinqləri, kütləvi aksiyaları təşkil etmək siyasi təşkilatların fəaliyyət istiqamətlərindən biridir, hər bir təşkilatın kütləvi aksiyalar keçirmək hüququ var. REAL təşkilatı yarandığı ilk gündən bütün qərarları kollektiv şəkildə, ciddi müzakirələrdən sonra verir. Bu dəfə də çox ciddi, hərtərəfli müzakirələrdən sonra REAL təşkilatı Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək, amma üzvlərin kütləvi tədbirlərdə vətəndaş hüquqlarından istifadə etmələrini isə öz qərarlarına buraxacaq".