Xəbər lenti

Referendum keçiriləcəkmi? - Pənah Hüseyn
Siyasət12:54 26.05.2022

Referendum keçiriləcəkmi? - Pənah Hüseyn

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan hakimiyyətinin referenduma hazırlaşdığı barədə məlumatların ardı-arası kəsilmir. Son günlər medianın və sosial şəbəkələrin əsas müzakirə mövzusu da ölkədə referendum olacağı ilə bağlıdır. 
Yayılan məlumatlarda proporsional seçki sisteminin bərpası ideyası qırmızı xətlə keçir. Bəzi mülahizələrə görə, hakimiyyət qarışıq seçki sisteminə üstünlük verir. Yəni, proporsional seçki sisteminin bərpası majoritar seçki sistemindən imtina ilə nəticələnməyəcək. Lakin belə ehtimallar da irəli sürülür ki, seçki sistemi ümumiyyətlə dəyişməyəcək, sadəcə Milli Məclis deputatlarının sayı artırılacaq.
Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş nazir və deputat Pənah Hüseyn Qaynarinfo-ya bildirib ki, Milli Məclisin son iclaslarından da bu barədə danışılması referendum barədə məlumatların əsaslı olduğu fikrini gücləndirib.
"Lakin bu barədə dəqiq nəsə demək çətindir. Sadəcə hakimiyyətə yaxın partiyaların, siyasi fəalların, o cümlədən deputatların bu barədə danışması deyilənlərin reallıq ehtimalını yüksəldir”, deyə AXP sədri vurğulayıb. 
Pənah Hüseyn qeyd edib ki, referendum mövzusunda qarışıq seçki sistemindən daha çox danışılır: "Həm majoritar, həm də proporsional seçki sistemindən söhbət gedir. Deputatların sayının artırılması təklifini də irəli sürənlər var. Ümumiyyətlə, hesab edirəm ki, bu, artıq ümumi tələbdir. Referendum keçiriləcəksə, proporsinoal seçki sistemi ən azı qarışıq formada bərpa olunacaq”. 
AXP sədri onu daəlavə edib ki, proporsional seçki sisteminin tam bərpası daha məqsədəmüvafiq olardı: "Şəxsən mən tam prorporsional seçki sisteminin tərəfdarıyam”.
Seyid