Ölkə 23:31 17.01.2023

Rəfiqəsinin danışmaq üçün telefon aldı, qaçıb aradan çıxdı - 1 ay həbs aldı

Nərimanov rayonunda rəfiqəsinin telefonunu oğurlayan şəxslə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, Nərmin Larisa adlı tanışının evinin qarşısında bazar dəyəri 400 manat olan "Redmi 10C” markalı telefonu danışmaq adı ilə alıb, qaçaraq aradan çıxıb. 

Daha sonra isə telefonu Binəqədi rayonu ərazisində tanımadığı şəxsə 100 manata satıb və pulu öz şəxsi ehtiyacları üçün xərcləyib. O, ifadəsində vurduğu maddi ziyanı ödəməyə imkanının olmadığını, eləcə də törətdiyi inzibati xətadan peşman olduğunu qeyd edib, məhkəmədən yüngül tənbeh verilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə Nərmin İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 müddətə həbs olunub.

Əhməd