"Reform AZ" MMC gömrük qaydaları əleyhinə olan inzibati xətanı törətdiyi üçün cərimə edilib.
Qaynarinfo-nun məlumatına görə, protokol İzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilib. İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb.
Məhkəmənin qərarı ilə şirkət Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, "Reform AZ" MMC-nin qanuni təmsilçisi Orxan Əliyev Əziz oğludur.
Əhməd