Xəbər lenti

Regional və qlobal faktorlar işığında Fələstin kinosu
Ölkə 15:50 28.10.2024

Regional və qlobal faktorlar işığında Fələstin kinosu

İstanbul Universitetində "Regional və qlobal faktorlar işığında Fələstin kinosu” adlı tədbir keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbirdə İstanbul Universiteti Radio Televiziya və Kino Departamentinin dosenti Ahsen Deniz Morva Kablamacı və İstanbul Okan Universiteti Beynəlxalq Əlaqələr Departamentindən Həsən Dəniz Pekşen məruzəçi kimi iştirak edib.

Tədbirdə çıxış edən Kommunikasiya fakültəsi Kino Cəmiyyətinin rəhbəri Malik Bədəlov isə Fələstin məsələsinin 2023-cü ilin 7 oktyabrından bəri bütün xalqların gündəmini zəbt edən qlobal məsələ olduğunu vurğulayıb. O bildirib ki, bir cəmiyyət olaraq bu məsələnin müxtəlif miqyasda yaşam faktorlarına təsirlərini müzakirə etmək lazımdır:

"Kino tələbələri olaraq biz zülmə məruz qalmış xalq üçün kinonun əslində nə demək olduğunu, nə məna kəsb edə biləcəyini müzakirə etmək üçün bu tədbiri həyata keçirdik”, - Malik Bədəlov əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->