Xəbər lenti

“Reinkarnasiya”da “Məryəm surəsi”ndən parça: "Leyli qızını görmədən öldü" (VİDEO)
Sənət10:36 28.04.2020

“Reinkarnasiya”da “Məryəm surəsi”ndən parça: "Leyli qızını görmədən öldü" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu, şıltaq karantinli günlərdə nə yüzlərlə film izləyə bildim, nə də kitablar oxuya. Nə səbrim çatdı, nə də vaxtım. Bircə, oxumağa üç-dörd ay əvvəl başladığım "Məryəm surəsi"ni bitirə bildim. 
Əsər haqqında nə tənqid, nə tərif, nə də təklif yağdırmaq fikrim var. 
Əsər özü "sən"i, "mən"i, "o"nu tərif də edir, tənqid də, təklif də. 
"Leyli qızını görmədən öldü". Bura qədər oxuyub kənara qoymuşdum kitabı. 
Leylinin ölümünə kədərlənib üçünü, yeddisini, qırxını gözləmişdim. Sonra yenə davam etmişdim. Və nəhayət, bitirəndən sonra əmin oldum ki, Pərviz Cəbrayılın belə ikiqat, çəlimsiz olması, yaddaşının parçalanmağının səbəbi məhz "Məryəm”dir... 
"Məryəm” Pərviz Cəbrayılın canından, qanından yeyə-yeyə böyüyüb. 
Azadlığın peyvəndidir "Məryəm surəsi". 
Yeyimcil əsər bütün dadlı adamları dadacaq bir gün! 
Nuş olsun, "Məryəm surəsi"!
"Məryəm surəsi”ndən bir parçanı təqdim edirik:
Anar Adil