Xəbər lenti

Rəisinin Təbriz və Şərqi Azərbaycan səfəri: Nələr baş verdi? (FOTOLAR)
Siyasət17:11 02.06.2022

Rəisinin Təbriz və Şərqi Azərbaycan səfəri: Nələr baş verdi? (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cümə axşamı İran perizidenti İbrahim Rəisi Şərqi Azərbaycana iyirmi ikinci hökumət səfəri onun və Nazirlər Kabinetinin bəzi üzvləri iştirakı ilə baş tutub.
Əhalinin müxtəlif təbəqələri ilə görüş, vilayətin inzibati Şurasının iclasının keçirilməsi, yarımçıq layihələr davamı dəmir yolu, Təbriz su borusunun çəkilişi, Urmu gölünün problemləri və Azad Araz zonası layihəsinin icrası bu səfərin hədəflərindən sayılırdı.
Qaynarinfo bu barədə  Iranin Mehr agentliyinə istinadən xəbər verir.
Rəisinin Təbizdən sora ilk səfəri  Vərzigan şəhərinə və Süngün mis mədəninə olub və müstəqil Azərbaycan mis şirkətinin yaradılması haqqında sərəncam verib.
Rəisi ölkənin şimal-qərbində ən böyük mədən olan Süngün mis mədənçilərinin toplantısında iştirak edib, mədənin problemlərini və işçilərin tələblərini müzakirə edib.
O, həmçinin Süngün mis zavodunu ziyarət edərək, bu mineral məhsulun hasilatı və istehsalı prosesi ilə tanış olub.
Prezident Şərqi Azərbaycan vilayətinə səfəri zamanı Culfa şəhərinə gedib və orda İranla Azərbaycan Respublikası arasında sərhədi ziyarət edib, həmçinin Culfa sərhəd terminalına baş çəkib.
Rəisi Culfa şəhərində yerləşən yüngül və ağır nəqliyyat vasitələri istehsalı zavoduna baş çəkib və bu rayonda istehsal problemləri ilə maraqlanıb.
Dövlət başçısı cümə axşamı günorta saatlarında İran ərazisində 1942 illərdə rus qoşunlarına qarşı vuruşaraq həlak olmuş üç sərhədçinin məzarını ziyarət edib.
Səfərdə qadın və ailə işləri üzrə vitse-prezident Anisə Xəzəli Təbrizdə Ev biznesinin inkişafi üzrə sərgini ziyarət edərək ailə məşğulluğunun xüsusi diqqət yetirilən mühüm və ciddi məsələlərdən biri olduğunu bildirib. O, bəyan edib ki, ev təsərrüfatlarına rəhbərlik edən qadınların və onların uşaqlarının işlə təmin edilməsi prioritetdir.
Səfərdə prezidenti müşayiət edən büdcə fondunun sədri Mirkazimi deyib: "Bizim səylərimiz əyalətlərə daha çox diqqət yetirmək və imkanları genişləndirmək, problemləri daha yaxından izləmək və işin keyfiyyətini artırmaqdır".
O əlavə edib ki, əyalətlərin inkişafı və resurslardan istifadəni artırmağa görə əyalət hakimiyyətlərini məsuliyyət daşımalıdırlar.
Prezident Rəisinin Şərqi Azərbaycana səfərinin tərkib hissəsi olaraq yol və nəqliyyat naziri Rostam Qaseminin iştirakı ilə Miyana yolunun birinci mərhələdə genişləndirilməsi layihəsi qəbul edilib. Bu layihənin il sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Bu gün günorta saatlarında Azərşahr İnzibati Şurasında mədəniyyət və turizm naziri İzzətullah Zərqəminin iştirakı ilə yerli əyalət məmurlarının toplantısı keçirilib.
Zərqəmi bu görüşdə çıxış edərək bildirib ki, iş problemi bir çox şəhərlərdə fundamental problemdir.
O, həmçinin səfərdən əvvəl Təbriz Muzeyinin bir hissəsinin açılışı mərasimində iştirak edib.
Daxili işlər naziri Əhməd Vahidi də Təbrizdə marginallaşdırılmış ərazilərdə olub. Marginal ərazilərdən və köhnəlmiş binalardan vətəndaşların köçünün təbii fəlakətlərin potensial risklərindən qaçmaq üçün zəruri olduğunu qeyd edən nazir bildirib ki, bu məsələ bələdiyyələrin mühüm tələblərindən biridir, lakin bələdiyyələrin də maliyyə çətinliyi var.
Kənd təsərrüfatı naziri Seyid Cavad Sadatinejad isə Şəbistar şəhərin ziyarət edərək, qoyunçuluq təsərrüfatının açılışını edib.
Səfərdə iştirak edən mədəniyyət və islam maarifi naziri Məhəmməd Mehdi İsmaili deyib ki, Azərbaycan Beynəlxalq Fondu regionda mədəniyyət diplomatiyası məqsədilə fəallaşacaq: "Xalq hökumətinin Mədəniyyət İdarəsi regionda mədəniyyət diplomatiyası məqsədilə Azərbaycan milli və beynəlxalq Fondunu fəallaşdırmağa çalışı. Müvafiq olaraq mən bununla bağlı saziş imzalamışam".
Eergetika naziri Mehrabiyan yerli hakimiyyət orqanlarının parlament və ictimaiyyət nümayəndələri ilə görüşüb, Şərqi Azərbaycanın regional su şirkətinin idarəedici direktorunun tərəfindən təqdim olunan planın yerinə yetirilməsinin son gedişi barədə məlumat verib: "Su təchizatı, kənd təsərrüfatı və sənaye üçün torpaq ayrılması və su təchizatınin təminatı üçün büdcə ayrılıb, bəndin tikintisi tam başa çatdırılıb".
Beləliklə İran prezidentinin Şərqi Azərbaycan vilayətinə səfəri başa çatıb.
M.Arif