Xəbər lenti

Rektor jurnalisti məhkəməyə verdi - xüsusi ittihamla
Ölkə07:48 14.06.2016

Rektor jurnalisti məhkəməyə verdi - xüsusi ittihamla

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov politika.az saytının təsisçisi və baş redaktoru Xəyyam Salmanzadəni məhkəməyə verib. 
Qaynarinfo.az xəbər verir ki, rektor bir neçə yazıya görə iki iddia ərizəsiylə çıxış edib. Onlardan biri xüsusi ittiham qaydasında, digəriysə, mülki qaydadadır. 
Həmin yazılardan biri "Hesablama Palatası universitetə çağırıldı" başlığıyla dərc olunub. Həmin yazıda politika.az başqa bir sayta istinad edib və bu informasiya bir çox saytlarda dərc olunub.
İddia ərizəsində göstərilən ikinci yazı isə "Daha bir təhsil ocağında korrupsiya faktı aşkarlandı" adlı məqalədir. Bu yazı politika.az-da 2014-cü ildə yayımlanıb. 
Politka.az saytından bildirilib ki, İbrahim Cəfərovun Xəyyam Salmanzadəni məhkəməyə vermək üçün heç bir hüquqi əsası yoxdur. Çünki iddia ərizələrində göstərilən yazıların bir qismi xeyli əvvəl dərc olunub, bir qismi isə başqa saytlara istinadən verilib.
Qaynarinfo.az