Xəbər lenti

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat (FOTO)
Ekonomiks18:21 07.09.2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İkinci "Yüksəliş” müsabiqəsinin qalibi Etibar Hüseynova Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində vəzifə verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yüksəliş” müsabiqəsinin sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, o, rəqəmsal inkişaf və nəqliyyat nazirinin icraçı katibi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Etibar Hüseynov 2013-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra ali təhsilini İngiltərədə davam etdirib. O, 2013-2014-cü illərdə Böyük Britaniyanın Lankaster Universitetində beynəlxalq biznes və korporativ hüquq ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə ilə məzun olub.