
Bu gün İsveçrənin Nion şəhərində UEFA Çempionlar Liqası və Avropa Liqasının yarımfinal görüşlərinin püşkatması keçirilib.
Qaynar.info-nun məlumatına görə, artıq hər iki turnirdə rəqiblər bəlli olub. Avropa Liqasının yarımfinalında Türkiyənin "Fənərbaxça" klubu Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşacaq.
Yarımfinalın digər cütlüyü isə İsveçrənin "Bazel" və İngiltərənin "Çelsi" klubu olub.
Çempionlar Liqasının yarımfinalında isə bu klublar üz-üzə gələcək: "Real Madrid"- "Borrusiya Dortmund", "Barselona" - "Bayern Münih".
Çempionlar Liqasının yarımfinalında ilk görüşlər aprelin 23-24-ü, cavab oyunları isə aprelin 30-u və mayın 1-də, Avropa Liqasının ilk oyunları isə aprelin 25-i, cavab oyunları isə mayın 2-də keçiriləcək.
Qaynar.info