Müğənni Rəqsanə İsmayılova arıqlamaq istəyən qadınlarla bağlı veriliş açacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib. Müğənni bu layihənin yeni ildən başlayacağını açıqlayıb:
"Köklükdən əziyyət çəkən, arıqlamaq istəyənlər və məndən kömək istəyən qadınlara müjdəm olacaq. Mənim formada necə qaldığımı soruşurlar. Yaxın vaxtlarda necə formada qaldığımı açıqlayacağam”.
Müğənni deyir ki, sənətindən öncə öz evinin xanımı və qulluqçusudur:
"Ev işlərini, yemək bişirməyi, doğmalarıma qulluq etməyi çox sevirəm".
Bahar Rüstəmli