Xəbər lenti

Rəşad Nəbiyev İlon Maskla görüşdü
Ölkə19:34 11.08.2023

Rəşad Nəbiyev İlon Maskla görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Tesla” şirkətinin rəhbəri İlon Maskla görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə azərbaycanlı nazir Feysbukda bildirib.
""Tesla”nın Ostin şəhərindəki "Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük. "Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq” – deyə nazir qeyd edib.