Xəbər lenti

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"
İdman19:00 04.09.2022

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çox gərgin oyun oldu. Hər iki tərəf yaxşı oynadı. Futbolçularım xarakter göstərdi. Belə məqamda bu cür reaksiya vermələri sevindiricidir. Vacib 3 xal qazandıq".
Qaynarinfo xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Dalğa Arena"da "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
O, əvvəlki görüşlərlə müqayisədə daha yaxşı oynadıqlarını bildirib: "Rəqibi təbrik edirəm. Belə bir komandaya qarşı yaxşı çıxış etdiyimizi düşünürəm".
Sadıqov penalti epizodunu şərh etmək istəmədiyini söyləyib: "Bizə qarşı da bu hallar olub, amma penalti təyin edilməyib, Bu barədə danışmaq istəmirəm".