Xəbər lenti

Rəşadət Axundov müraciət ünvanladı
Siyasət19:38 19.04.2014

Rəşadət Axundov müraciət ünvanladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Sizlərdən və valideynlərdən xahişimiz odur ki, aclığı dayandırmaq barədə bir istəyiniz olmasın”

NİDA Vətəndaş Hərəkatının üzvlərindən olan Rəşadət Axundov müraciət yayımlayıb. 

Qaynar.info Jam.az-a istinadən həmin müraciəti olduğu kimi təqdim edir: “Əziz dostlar, biz dünəndən (17 apreldən) etibarən aclıq aksiyasına başlamışıq. Qərarımız qətidir. Sizlərdən və valideynlərdən xahişimiz odur ki, aclığı dayandırmaq barədə bir istəyiniz olmasın. Hər bir halda imtina edəcəyik. 

Bu, bizim və sizin azadlığınız uğrunda apardığımız vicdan və ləyaqət davasının növbəti mərhələsidir. Bəlkə də bizim üçün son mərhələdir. Çünki burdan ya cəsədimiz çıxacaq, ya azad etməlidirlər. Başqa yol yoxdur. Şərtimiz yalnız budur! Sizi sevir və bağrımıza basırıq”.

Qaynar.info