Xəbər lenti

Rəsmi Bakıdan ABŞ - İran razılaşmasına dair açıqlama
Siyasət 12:05 15.06.2026

Rəsmi Bakıdan ABŞ - İran razılaşmasına dair açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışladığını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.

"Pakistanın danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəkdir", - deyə məlumatda qeyd edilib.
--> -->