Xəbər lenti

Rəsmi Bakıdan London teraktına münasibət
Siyasət06:26 23.03.2017

Rəsmi Bakıdan London teraktına münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır".
"Qaynar" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabından yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, terrordan əziyyət çəkən dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır:
"Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq. Xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".
Qeyd edək ki, Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.
Qaynar.Az