Xəbər lenti

Rəsmi Moskvadan növbəti Qarabağ açıqlaması
Siyasət09:16 09.07.2021

Rəsmi Moskvadan növbəti Qarabağ açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya Qarabağda həyatın yoluna qoyulmasına, tərəflər arasında etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır”.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
"Rəsmi Bakı üçün prioritet olan mina xəritələrinin təhvili məsələsini birdəfəlik həll etmək hələlik mümkün olmur. Biz bu məsələnin hər hansı ilkin şərt olmadan həllinə tərəfdarıq”, - M.Zaxarova deyib.
XİN rəsmisi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə üçtərəfli bəyanatlarına ardıcıl riayət olunmasının vacibliyini vurğulayıb.