Xəbər lenti

Rəssam şəhidlər üçün qeyri-adi əsər hazırladı (FOTO/VİDEO)
Sənət13:25 20.04.2023

Rəssam şəhidlər üçün qeyri-adi əsər hazırladı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ucar rayonunda rəssam Ariz Aslangilin Vətən müharibəsi şəhidlərinə həsr olunmuş sərgisi keçirilib.
Rayonun Gənclər Mərkəzində keçirilən tədbirdə gənc rəssamın şəhidlər üçün hazırladığı əl işi nümayiş olunub.
Rəssam bildirib ki, tullantı şüşələrini xırdalayaraq ağac rəsmi hazırlayıb. Ağacın hər budağına da 44 günlük Vətən müharibəsi zamanı şəhid olan 24 hərbçinin şüşə çərçivəyə salınmış fotoları asılıb.
Qeyd edək ki, təşkilatçı Ucar Rayon Gənclər Mərkəzinin direktoru Elamin Dibirovdur. Əsər isə "Həyat ağacı" adlanır və şüşə qırıqlarından hazırlanıb.
Açılışda şəhid ailələri iştirak edib.