Xəbər lenti

Rəssamlar İttifaqı tanınmış memarın ittihamlarına cavab verdi
Sənət 18:02 11.05.2023

Rəssamlar İttifaqı tanınmış memarın ittihamlarına cavab verdi

"Hər 4 ildən bir Rəssamlar İttifaqının qurultayı keçirilir. Rəssamların sonuncu qurultayı pandemiya vaxtı baş tutub".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov heykəltəraş-rəssam Cümşüd İbrahimlinin Azərbaycan Rəssamlar İttifaqının ünvanına səsləndirdiyi ittihamlardan danışarkən deyib. Onun sözlərinə görə, ittifaqın 2 mindən çox üzvü var:

"Rəssamlar İttifaqı neyləsin, 2 mindən çox üzvü var. Səhv etmirəmsə, Cümşüd müəllim 1970, ya da 1975-ci ilin əsərlərindən danışır. Onun bununla bağlı müqaviləsi Rəssamlar İttifaqı deyil, Mədəniyyət Nazirliyi ilə olub. Rəssamlar İttifaqı sifarişçi deyil. O məsələni Mədəniyyət Nazirliyi ilə həll etməlidir”. 

Ağaəli İbrahimov deyib ki, ittifaqın bütün üzvlərinin istəyini yerinə yetirmək mümkün deyil:
 
"Bizdə o qədər istedadlı insanlar var ki, onların hamısına ev, ad vermək mümkün deyil. Hər rəssam elə bilir ki, dahidir, ondan yaxşısı yoxdur. Amma elə deyil, sənətkara qiyməti sənət adamı verər. Allah ona can sağlığı versin. Biz onun təqdimatını aidiyyatı qurumlara göndərmişik, amma neyləyək, o qədər adam kənarda qalıb ki...  Biz 12 nəfərin adını yazmışdıq, onların arasında 4-5 nəfər ad ala bildi. Əvvəl bir başa Prezident Aparatına yazırdıq, indi sistem dəyişib, Mədəniyyət Nazirliyinə müraciət edirik. Cümşüd yaxşı rəssamdır, buna layiqdir”. 

Qeyd edək ki, heykəltəraş-rəssam Cümşüd  İbrahimli Mədəniyyət Nazirliyi ilə "Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyini məhkəməyə verəcəyini bildirib. Rəssam buna səbəb olaraq Pənahəlini xanın heykəlini Şuşada qoyulmamasını qeyd edib:"Bu məsələnin tarixçəsi 30 il qabağa gedir. Heydər Əliyev cənablarının göstərişi, Nazirlər Kabinetinin 7 aprel 1985-ci il 5 sayı qərarı ilə Şuşada Pənahəli xanın heykəli qoyulmalı idi. Amma heykəl hələ də yerinə qoyulmayıb”, - o, deyə bildirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->