Xəbər lenti

Rəsul Cəfərov 10 saylı cəzaçəkmə müəssəsinə köçürülüb
Siyasət11:32 06.08.2015

Rəsul Cəfərov 10 saylı cəzaçəkmə müəssəsinə köçürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

REAL idarə heyyətinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov 10 saylı cəzaçəkmə müəssəsinə köçürülüb.

Qaynar.info xəbər verir ki, bu barədə məlumatı hüquqşünas Günay İsmayılova yayıb.

Rəsul Cəfərov Kürdəxanıda yerləşən 1 saylı Bakı Istintaq Təcridxanasında saxlanılırdı.

İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Sonradan onun işinə mənimsəmə və israf etmə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Qaynar.info