Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərova hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat verib.
Məhkəmənin hökmü ilə R.Cəfərov 6 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Cəfərov ötən il avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülmüşdü.
Qaynar.info