Ölkə 18:40 29.03.2024

Rəsul Dadayev Sumqayıtda çalışacaq

Uzman oftalmoloq-cərrah Rəsul Dadayev Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasının Göz şöbəsində fəaliyyətə başlayıb.

Qaynarinfo xəbər verir ki, R.Dadayev 1993-cü ildə Zaqatala rayonunda anadan olub.

2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2017-2018-ci illərdə Türkiyənin Ankara şəhərində "Hacettepe” Universitetinin Tibb fakültəsində klinik təcrübə keçib. 2018-2022-ci illərdə Ankara Universitetinin Tibb fakültəsinin Oftalmologiya kafedrasında uzmanlıq təhsili alıb.

2018-2022-ci illərdə Ankara Universitetinin Tibb fakültəsinin Oftalmologiya kafedrasında cərrah-oftalmoloqun köməkçisi kimi çalışıb. 2023-cü ilin fevral-noyabr aylarında özəl tibb müəssisələrində cərrah-oftalmoloq işləyib.

2019, 2020 və 2022-ci illərdə Türk Oftalmoloji Dərnəyinin Milli Konqreslərində təqdimatlarla çıxış edib.

Müxtəlif elmi konfransların iştirakçısı olub.