Sosial şəbəkələrdə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbərin telefon danışığının səs yazısı yayılıb.AzNews.az-ın məlumatına görə, Milli Şuranın sentyabrın 22-də keçirdiyi mitinqin baş tutduğu zaman S.Əkbərlə telefon əlaqəsi yaradan R.Quliyev qurumun mitinqi və bir sıra müxalifət liderləri, həmçinin, Cəmil Həsənli haqqında ağır ifadələr işlədir. Səs yazısında danışan şəxslərin səsləri adı çəkilən siyasətçilərin səsinə oxşasa da, audiolentdə səsləri qeydə alınan şəxslərin həqiqətən də R.Quliyev və S.Əkbər olduğu iddiasında deyilik.
Qaynar.info