Xəbər lenti

Rəsulzadənin nəvəsi Milli Şuradan danışdı
Siyasət07:21 29.05.2013

Rəsulzadənin nəvəsi Milli Şuradan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yəqin ki, Milli Şuranın yaradılması zəruri məsələlərdən biridir. Parlamentdə həm müxalifət, həm də iqtidar təmsil olunmalıdır. Belə olmayanda bu cür birliklər yaranır".

Bunu Qaynar.info-ya açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Rəis Rəsulzadə deyib. O bildirib ki, hazırki yaradılan Milli Şuraya fikri müsbətdir: "Müxalifət bir mövqedən çıxış etməlidir. Bütün bu birliklər cəmiyyətin, xalqın xeyrinə olmalıdır. Belə olan halda hər şey müsbətə doğru irəliləyəcək".

R.Rəsulzadə qeyd edib ki, hazırki Milli Şura ilə 1918-ci ildə yaradılmış Milli Şuranı eyniləşdirmək olmaz: "Çünki tarixi situasiyalar fərqlidir. Hakimiyyətlər də fərqlidir. Hazırki Milli Şura prezident seçkilərilə bağlı yaradılıb".

İlkin
Qaynar.info