Xəbər lenti

Rişi Sunak hərbi xidmətə çağırışı bərpa edəcəyinə söz vedi
Dünya 18:34 26.05.2024

Rişi Sunak hərbi xidmətə çağırışı bərpa edəcəyinə söz vedi

Mühafizəkarlar Partiyası iyulun 4-də keçiriləcək seçkilərdən sonra parlamentdəki yerlərin əksəriyyətini qoruyub saxlayarsa, Böyük Britaniya vətəndaşları yenidən hərbi xidmətə çağırmağa başlayacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə baş nazir Rişi Sunak "The Mail"də dərc olunan məqaləsində yazıb.

Nəşrin məlumatına görə, hərbi çağırışı geri qaytarmaq planı hazırlayan Sunak və onun müşavirləri Rusiya, İran, Çin və Şimali Koreyadan artan təhlükədən narahatdır. Mühafizəkarların təşəbbüsü britaniyalı politoloqları təəccübləndirib. Bu, 18 yaşından böyük britaniyalı gənc kişi və qadınların bir il orduda xidmət etməli və ya 25 gün (il ərzində ayda iki istirahət günü) ictimai faydalı işlərlə məşğul olmalı, məsələn, polis əməkdaşlarına, həkimlərə və ya kommunal xidmətlər sahəsinə kömək etməli olacaqlarını təklif edir. Layihənin müəllifləri məktəb məzunlarının təxminən 10%-nin birinci variantı seçəcəyini gözləyirlər.

"Belə bir xidmətin məcburi edilməsinin əsassız olmasından şikayət edənlərə cavabım odur ki, vətəndaş olmaq təkcə hüquqlarınızdan istifadə etmək deyil, həm də öhdəliklərinizi yerinə yetirmək deməkdir", deyə Sunak bildirib.

O hesab edir ki, dövlət gənclər üçün, gənclər isə ölkə üçün daha çox iş görməlidir.

Mayın 22-də Rişi Sunak parlamentin buraxıldığını və iyulun 4-nə ölkədə növbədənkənar seçkilərin təyin olunduğunu bəyan edib. Yaranmış vəziyyəti şərh edən ölkə hökumətinin başçısı vətəndaşlara öz təhlükəsizliyini təmin etmək üçün daim çalışacaqlarına söz verib. O, həmçinin xəbərdarlıq edib ki, yaxın beş ildə London II Dünya müharibəsinin bitməsindən bəri özünün ən böyük təhlükəsizlik problemləri ilə üzləşə bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->