Çərşənbə günü, iyulun 20-də Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri seçkilərinin növbəti turu nəticəsində keçmiş müdafiə naziri Penni Mordont yarışdan çıxıb.
Qaynarinfo BBC-yə istinadən
xəbər verir ki, keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass baş nazir postu uğrunda mübarizəni davam etdirəcəklər.
Mühafizəkar deputatlar arasında səsvermənin nəticələri belədir:
Rişi Sunak - 137;
Liz Trass - 113;
Penni Mordont - 105.
Cümə günü, iyulun 22-də Böyük Britaniya üzrə Mühafizəkarlar Partiyasının 160 000 üzvü arasında yekun səsvermə başlayacaq. Siyasi partiyanın yeni liderinin və Baş nazirin adı sentyabrın 5-də açıqlanacaq.
Nizami Bağırov