Maqazin 01:17 27.08.2022

Röya Ayxandan həbs olunan Gülşənə dəstək (FOTO)

Xalq artisti Röya Ayxan ötən gün həbs olunan türkiyəli müğənni Gülşənlə bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, sənətçi onun fotosunu paylaşaraq həmkarına dəstəyini nümayiş etdirib.

Xatırladaq ki, Gülşən Çolakoğlu İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb. Prokurorluqda verdiyi ifadədən sonra müğənni həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilib.