Xəbər lenti

"Rokki" malikənəsini 22.5 milyon dollara satdı
Maqazin12:52 12.10.2023

"Rokki" malikənəsini 22.5 milyon dollara satdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Musiqiçi Con Fogerti Silvestr Stallonenin Los-Ancelesdəki San Fernando vadisindəki malikanəsini 17,2 milyon dollara alıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "RobbReport" məlumat yayıb.
"Rokki”nin ulduzu 2022-ci ilin dekabrında malikanəni 22,5 milyon dollara satışa çıxarıb. Stallone mülki 18 milyon dollara alıb, əvvəlcə onun üçün 25 milyon dollar istəyib. Lakin sonradan qiymətdə endirim edib.
Sözügedən malikanə Hidden Hillsin qapalı icmasında yerləşir. Evin sahəsi praktiki olaraq 1000 kvadratmetrə çatır. Dörd yataq otağı, altı vanna otağı, idman zalı, SPA mərkəzi olan hovuz və kinoteatr var. Geniş ərazilərə həmçinin tövlə, anbar, qonaq evi, meyvə bağı və koi gölməçəsi daxildir.
2022-ci ilin avqustunda Stallone Beverli Hillsdəki malikanəsini də 58 milyon dollara satıb. 
Aydın