Xəbər lenti

Roma Papası istefa verir
Ölkə11:12 11.02.2013

Roma Papası istefa verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

XVI Benedikt fevralın sonu gedəcək

Roma Papası XVI Benedikt fevralın 28-də öz postunu tərk edəcək. Qaynar.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə RİA Novosti məlumat yayıb.

Müasir tarixdə belə hadisəyə ilk dəfə rast gəlinir.

"Ansa" agentliyinin məlumatına görə, bu barədə qərarı pantifik şəxsən özü bazar ertəsi Otranto əzabkeşlərinin övliyalar sırasına keçirilməsi üzrə konsistoriya zamanı açıqlayıb. Onun sözlərinə görə, o, "kilsənin xeyri" üçün pontifikatdan imtina etməyi qərara alıb.

Bazar ertəsi yayılan rəsmi məlumatda deyilir ki, XVI Benedikt öz postunu yaşına görə tərk edir. Bu barədə "Reuters" agentliyi xəbər verir.

Bundan əvvəl Vatikan rəhbərinin istefasının mümkünlüyü barədə mətbuatda şayiələr gəzirdi. Səbəblər arasında 85 yaşı tamam olan pontifikin sağlamlıq vəziyyəti də var.

XVI Benedikt Roma Katolik kilsəsinə 2005-ci ildən rəhbərlik edir. O, 265-ci Roma Papasıdır. Benedikt 1730-cu ildə Roma Papası olan XII Klimentdən sonra Papa seçilərkən yaşına görə ən qoca Roma Papası olub.

Əsl adı Yozef Aloiz Ratsinger olan Papa 1927-ci il aprelin 16-da Almaniyanın Bavariya əyalətinin Marktl-am-İnn kəndində polis ailəsində anadan olub.

Qaynar.info