"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Romario müasir futbolda karyerasında iki mindən çox qol vura biləcəyini deyib.
Qaynarinfo xəbər verir ki, veteran futbolçu "Mundo Deportivo"ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, indi futbolçularda yüksək intellekt və beyin fəaliyyəti yoxdur.
"Düşünürəm ki, bu gün daha çox şey əldə edərdim, çünki müasir oyunçular axmaqdırlar, çox qaçırlar. Mənim futbolda olduğum müddətdə çoxları fiziki gücə fikir verirdi, bu həmişə belə olub, amma oyunçular daha texnikalı və daha ağıllı idilər. Əminəm ki, indi asanlıqla iki mindən çox qol vura bilərdim", deyə Romario bildirib.
1994-cü ildə Romario Braziliya millisinin heyətinə dünya çempionu olub və eyni zamanda planetin ən yaxşı oyunçusu adına sahib çıxıb. O, həmçinin iki dəfə Amerika Kubokunun və bir dəfə Konfederasiyalar Kubokunun qalibi olub.
O, "Barselona", PSV, "Vasko da Qama", "Flamenqo", "Valensiya" və başqa klublarda çıxış edib, çox sayda kubok qazanıb.
Aydın
Şərhlər