
"Real Madrid"in portuqaliyalı ulduzu Kriştiano Ronaldonun ən böyük rəqibi "Barselona"nın ulduzu Lionel Messiyə söyüşlü bir ləqəb qoyduğu iddia olunub.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, dünyanın ən yaxşı futbolçuları arasında yer alan 2 ulduz Lionel Messi ve Kriştiano Ronaldo arasındakı dialoq haqqında ortaya atılan iddia böyük səs-küyə səbəb olub.
Bu iddia İspaniyanın məşhur futbol şərhçilərindən Quillem Balaquenin "Messi" adlı kitabında ortaya atılıb. Yazar onların mətbuatda bir-birləri haqqında diplomatik danışıqlarına rəğmən özəl həyatda işlərin heç də göründüyü kimi olmadığını qeyd edib.
Ronaldonun klub daxilində və özəl həyatında argentinalı ulduzun arxasınca söyüşlə danışdığını yazan Balaque Kriştianonun Messiyə təhqiredici bir ləqəb qoyduğunu və ondan bəhs edərkən "Mother F...er" deyə xitab etdiyini kitabında qeyd edib.
Qaynar.info