Xəbər lenti

Ronaldo millisinin Serbiyaya məğlubiyyətinə belə reaksiya verdi (FOTO)
İdman09:24 15.11.2021

Ronaldo millisinin Serbiyaya məğlubiyyətinə belə reaksiya verdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin qrup mərhələsinin son turunda Serbiyaya qarşı keçirilən oyunda (1:2) məğlubiyyətdən məyus olduğunu gizlətməyib.
Qaynarinfo xəbər verir ki, matçın 2-ci dəqiqəsində serblər Renatu Sanşesin qoluna Duşan Tadiç (33-cü dəqiqə) və Aleksandr Mitroviçin (90) təsirli zərbələri ilə cavab verib. Bu görüşdə 36 yaşlı Ronaldo start heyətində meydana çıxıb, bütün görüşü oynayıb və qol vurmayıb.
Serbiyalı futbolçular 20 xal toplayıb, seçmə qrupda birinci olub və birbaşa Qətərdə keçiriləcək 2022-ci il Dünya çempionatına vəsiqə qazanıb. Portuqaliya 17 xalla ikinci pillədə qərarlaşıb. İndi Ronaldonun komandası Dünya çempionatına pley-off yolu ilə çıxmaq üçün mübarizə aparacaq.
Alpər
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"> //