Xəbər lenti

Rubl kəskin ucuzlaşdı
Ekonomiks17:07 26.03.2018

Rubl kəskin ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş rusiyalı kəşfiyyat zabiti Serqey Skripalın zəhərlənməsi ilə əlaqədar rusiyalı diplomatların ABŞ, Kanada, Ukrayna və bir sıra Aİ-ı ölkələrindən qovulması haqqında xəbərlər fonunda rubl kəskin şəkildə ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.
Qərb ölkələrindən rusiyalı diplomatların qovulması xəbərlərindən sonra rubl  dollara nisbətdə 30 qəpik itirib.
Qeyd edək ki, "Skripal” işi ilə əlaqədar ABŞ altmış, Almaniya, Fransa və Polşa hərəsinə dörd, Çexiya üç, Niderland iki rusiyalı diplomatı ölkədən qovmaq qərarına gəlib.