Xəbər lenti

Ruhani Azərbaycana gəlir
Ölkə16:00 01.03.2018

Ruhani Azərbaycana gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın sonunda İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
Mənbənin məlumatına görə, gələn həftə Bakıya İran hökumətindən nümayəndə heyəti gələcək və bu səfər zaman İran prezidentin səfərinin proqramı müzakirə olunacaq.
Məlumatda qeyd olunur ki, İran prezidentinin səfəri martın 28-i baş tutacaq.
Səfər çərçivəsində H.Ruhaninin Naxçıvan Muxtar Respublikasına və Neftçalaya gedəcəyi də gözlənilir.
Diplomatik mənbə bildirib: "Səfər zamanı iqtisadi əməkdaşlıq üzrə bir sıra sazişlər imzalanacaq”.