Xəbər lenti

Rumıniya çempionu Azərbaycan klubunda
İdman10:26 30.05.2016

Rumıniya çempionu Azərbaycan klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu mövsüm avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşən Bakının "İnter" klubu heyətini gücləndirməyə davam edir.

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, artıq "İnter" komandadan ayrılan gürcü mərkəz müdafiəçiləri Laşa Salukvadze və Laşa Kasradzenin yerini doldurmaq yönündə ciddi addım atıb.

Belə ki, "İnter" "Xəzər Lənkəran"ın sabiq futbolçusu Adrian Skarlatakeni sıralarına qatıb. O, 1 illik müqaviləyə qol çəkib. Xatırladaq ki, qışda "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra Skarlatake ölkəsi Rumıniyada "Astra" ilə çempionluq yaşayıb. Ondan sonra o, həyat yoldaşı ilə birgə Uzaq Şərqə istirahət etməyə yollanıb. "İnter" həmçinin "Rəvan"dan 20 yaşlı dayaq yarımmüdafiəçisi Məmməd Quliyevi də sıralarına qatıb.

Qeyd edək ki, "İnter" bu futbolçulardan əvvəl Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad (hamısı "Sumqayıt"), Samir Zərgərov ("Qəbələ") və Tərlan Quliyevi ("Qarabağ") heyətə cəlb etmişdi.

Qaynarinfo.az