Xəbər lenti

Rumıniyanın baş naziri Moldova ilə birləşməyi dəstəklədi
Dünya 18:08 04.04.2024

Rumıniyanın baş naziri Moldova ilə birləşməyi dəstəklədi

Rumıniyanın baş naziri Marçel Çolaku ölkəsinin Moldova ilə birləşməsi, məsələn, hər iki ölkənin Avropa İttifaqına qoşulması ideyasını dəstəklədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Dcnews”a verdiyi müsahibədə danışıb.

 "Mən birləşmənin tərəfdarıyam, heç kim mənə bunu qadağan etməyib. Bu mənim haqqımdır! Mən hələ də Moldova və Rumıniyanın birləşməsinə və bunun Aİ çərçivəsində baş verəcəyinə inanıram. Əlbəttə ki, bir yol tapacağıq", - Çolaku bildirib.

Baş nazirin sözlərinə görə, Moldovanın sabitliyi digər məsələlərlə yanaşı, Rumıniyanın köməyi ilə təmin edilir. O, Moldovada onun kimi rumınların yaşadığını bildirib.
Qeyd edək ki, Marketinq və sosioloji tədqiqatlar institutunun (IMAS) fevralda keçirdiyi sorğunun nəticələrinə görə, Moldova vətəndaşlarının 50%-i Moldovanın Rumıniyaya birləşdirilməsinin əleyhinədir. 2023-cü ilin mayında Moldova prezidenti Maya Sandu ölkə vətəndaşlarının Rumıniya ilə birləşməyə yetərincə dəstək vermədiyini bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->