Dünya 18:40 13.05.2022

Rus əsgər “The Guardian”a danışır: “Hərbçilərimiz döyüşməkdən imtina edir”

Rusiya əsgərləri qəzəblidir və Ukraynada döyüşməkdən imtina edir.

Qaynarinfo "The Guardian”a istinadla xəbər verir ki, bu barədə Rusiya ordusunun əsgəri danışıb.

Həqiqi adının çəkilməsini istəməyən rus əsgər danışır ki, aprel ayında Ukraynaya ikinci qoşun göndəriləndə zabitlər arasında qorxu düşdü. Əsgər bildirir ki, onların qüvvələri Ukraynaya Belarus ərazisindən girib və Ukrayna silahlı qüvvələri ilə ağır döyüşlərin şahidi olub.

Şərti adı Dmitri olan əsgər deyir: "Bir çoxumuz geri qayıtmaq istəmədik, mən ailəmin yanına sağ qayıtmaq istəyirəm, tabutda yox”.

Dmitri ilə birgə 9 əsgər komandirlərinə döyüşmək istəmədiklərini deyiblər.

"Onlar əvvəlcə qəzəbli idi, sonra isə başa düşdülər ki, onların edə biləcəyi elə bir şey yoxdur, ona görə də sakitləşdilər”,- Dmitri bildirir. 

"Utanmalı heç nə yoxdur, biz rəsmi olaraq müharibədə deyilik, onlar məni getməyə məcbur edə bilməz”, - indi Rusiyanın Ukrayna ilə sərhəd şəhəri Belqorodda olan Dmirti deyir.

Dmitrinin döyüşdən imtina etməsi Rusiyanın 3 aydır davam edən Ukrayna müharibəsini hərbi əməliyyat adlandırmasının problemli tərəfini göstərir. 

Hüquqşunas Mixayıl Benyaş deyir: "Hazırkı Rusiya hərbi doktrinasına görə, Ukraynada döyüşməkdən imtina edən əsgərlər ittiham edilə bilməz, onlar ancaq ordudan təxris edilə bilər”.

Benyaş deyir ki, ona yüzlərlə rus əsgəri Ukraynaya döyüşməyə göndərilməkdən yaxa qurtarmaq üçün müraciət edir. Komandirlər əsgərləri döyüşmək istəmədiyi üçün həbslə təhdid edir. Ancaq bu, mümkün deyil. 

"Əgsər Rusiya ərazisində döyüşməkdən imtina edərsə, ona qarşı cinayət işi başlanılması üçün heç bir hüquqi zəmin yoxdur”,- Benyaş deyir.

Hüquqşunas deyir ki, buna görə bir çox əsgər ordudan qovulmanı gözə alaraq Ukraynaya döyüşə göndərilməkdən imtina edir. 

Ancaq Benyaş bildirir ki, Rusiya müharibə elan etmiş olsa, vəziyyət fərqli olacaq:

"Müharibə vaxtı qaydalar tamamilə fərqlidir. Onda döyüşməkdən imtina etmək həbs qərarı kimi daha sərt cəzalar deməkdir”.
 
Döyüşməkdən imtina edən əsgərlərin dəqiq sayı bilinməsə də, bir şey dəqiqdir ki, Rusiyanın Ukraynada piyada əsgər çatışmazlığı var.

Hərbi əməliyyat başlayanda Qərb təhlilçiləri Rusiyanın hərbi gücünün 80%-nin Ukraynadakı əməliyyatlara cəlb edildiyini deyirdi. Ukryana cəbhəsindəki qüvvələr isə ciddi itkilərlə üzləşib və hazırda ordunun mənəvi psixoloji halı yaxşı deyil. 

Hərbi analitik Rob Li deyir ki, Putinin gələn həftələrdə qərar verə bilər: 

"Rusiyada davamlı rotasiya üçün kifayət qədər müqaviləli quru bölmələri yoxdur. Qoşunlar tükənmək üzrədir. Onlar belə uzun müddət davam edə bilməyəcək”. 
Rusiya əlavə qüvvələr cəlb edə bilməsə, indi nəzarətində olan əraziləri əlində saxlaya bilməcəyək. 

"Karnegi” fondundan Andrey Kolesnikov deyir, hökumət qorxur ki, kütləvi səfərbərlik əhali arasında kəskin narazılığa səbəb ola bilər. Ruslar konflikti istəyə bilərlər, ancaq onlar özləri döyüşmək istəmirlər.

Nurlan Hüseynov