"Bu, heç də təsadüfi hadisə deyil və insidentin baş verməsi, ardınca hadisələrin daha da kəskinləşməsində müxtəlif xarici qüvvələr maraqlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə rus hərbçiləri arasında baş verən insidenti dəyərləndirərkən deyib.
Həmsöhbətimizin fikrincə, hazırkı vəziyyətdə bir sıra qüvvələr çalışır ki, erməniləri qızışdırsın:
"İrəvandakı səlahiyyətlilər hadisəni Rusiyanın ermənilərə xəyanəti kimi qəbul edir. Hazırda erməniləri qızışdıran qüvvələr var. Bu qüvvələr bölgədə sülhün bərqərar olmasını, sərhədlərin dəqiqləşdirilməsini istəmir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında İrandakı müəyyən dairələr, Rusiyanın hərbi-kəşfiyyat qüvvələri, Fransa və ABŞ-ın erməni diasporunun nəzarətində olan bəzi senatorları maraqlı deyillər. Onlar Azərbaycanın yaratdığı yeni düzənə qarşı çıxmaq və Rusiyanın Qafqazda təkbaşına hegomonluğuna son qoymağa çalışır. Görünən odur ki, burada Rusiya, ABŞ və Fransanın müəyyən qüvvələri birləşib. Bütün bunlar göstərir ki, Ermənistanda sadə vətəndaşlarla rus hərbçiləri arasında baş verən təxribatlar bilavasitə adını çəkdiyim həmin qüvvələr tərəfindən hazırlanıb”.
C. Nuriyev düşünür ki, Ermənistanda bu sayaq təxribatların davamlı olacağı ehtimalı yüksəkdir:
"Bu mənada hadisənin gələcəkdə çəkiləcək Zəngəzur dəhlizinin nəzərdə tutulduğu ərazidə baş verməsi də təsadüfi deyil. Burada Rusiyadakı müəyyən qüvvələr də maraqlıdır. Onlar da rus hərbçilərinə qarşı təxribatları bəhanə etməklə bölgədəki vəziyyəti daha dərin müstəvidə öz maraqlarına tabe etdirməyə çalışacaq”.
Rüfət Sultan